USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabirabaddakı qəzaya görə nə qədər kompensasiya verilməlidir?– MƏBLƏĞLƏR

11.05.2018 Hadisə
0 0
Bir neçə gün əvvəl Sabirabad rayonunda 6 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən traktor qəzasıda həlak olanlara və yaralananlara İcbari Sığorta Bürosundan kompensasiya verilməlidir.

Bu barədə "Kommersant.Az"a sığorta mütəxəssisi, hüquqşünas İlkin İbrahimov bildirib.

Qeyd edək ki, mayın 7-də Sabirabadda qoşqunun traktora bağlanan hissəsindəki dəmirin yerindən çıxması nəticəsində qəza baş verib. Nəticədə qoşqu su kanalına aşıb. Hadisə zamanı qoşquda olan 7 qadından 6-sı ölüb. Traktorun sürücüsü və qoşquda olan qadınlardan biri xəsarət alıb.

İ.İbrahimovun sözlərinə görə, sığorta qanunvericiliyinə əsasən, həm həlak olan şəxslərə, həm də yaralananlara görə konpensasiyalar müəyyən edilib: «Əgər qoşqu və traktor sığortalı idisə, onda bu kompensasiyanı sığorta şirkəti ödəməlidir. Sığortası olmadığı halda isə həmin məbləği İcbari Sığorta bürosu ölənlərin ailələrinə və yaralılara ödəməlidir». Bundan sonra isə Büro traktorun sahibini məhkəməyə verərək ödədiyi məbləği ondan geri tələb edə bilər.

Qanunvericiliyə əsasən, qəzada həlak olan hər bir şəxsə görə 5 min manat kompensasiya ödənilməlidi. Yaradılara verilən kompensasiyanın məbləği isə alınan xəsarətdən asılı olaraq dəyişir. Belə ki, xəsarətin dərəcəsi yüngüldürsə 750 manat, az ağırdırsa 1500 manat, ağırdırsa 3 min manat kompensasiya verilir. Xəsarətin dərəcəsini hadisəni araşdıran zaman təyin edilmiş tibbi ekspertiza müəyyən edir.

Bu mənada qəzada həlak olanların yaxınları və yaralananlar sığorta şirkətinə və İSB-yə müraciət edərək kompensasiya ələb edə bilərlər.