Azərbaycanda 2 körpə satışa çıxarıldı - VİDEO

5 Noyabr 21:44 Hadisə
Uşaqların doğma ata və nənəsi onları satıb puluna ev almaq istəyir.

"Kommersant.az" xəbər verir ki, "Space Tv"-də yayımlanan sosial-kriminal layihədə dəhşətli anlar qeydə alınıb.

Belə ki, Ağsudan çəkilən görüntülər izləyənləri heyrətləndirib. Verilişə müraciət edən Ağsu sakini Simuzər xanım iki əkiz qız uşağı doğduğu üçün qaynanasının onu evdən qovduğunu bildiirib.

Əsl səbəb isə hər kəsi şoka salıb. O bildirib ki, keçmiş əri və qayınanası qızları satıb ev almaq niyyətində imiş. Gəlinin anası da deyilənləri təsdiq edib. "Qızıma qaynanası Dünyabəyim deyib ki, gəl uşaqları sataq sizə ev alaq..”

Qarşı tərəf də eyni iddianı gəlin və ailəsinə yönləndirib. Qayınana gəlinin uşaqları atıb getdiyini bildirib.

Qeyd edək ki, Simuzər xanımın həyat yoldaşı daha əvvəl də evli olub. Birinci evliliydən olan uşağın birinə qayınana baxsa da, digər uşağa görə ailə oğlunun birinci arvadına aliment ödəyir. Üstəlik nikah dövründə alınan ev bölünməyib, şərtsiz olaraq birinci xanıma verilib.

Məsələ bununla da yekunlaşmır. Teleaparıcı hər iki tərəfin məhkəmədən narazı olduğunu, əsas da icraçıların bu işə səhlənkar yanaşdığını bildirib.