USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlı külli miqdarda brilyantla aeroportda saxlanıldı - VİDEO

06.11.2018 Hadisə
0 1
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısı alıb.

"Kommersant.az" xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İsmayılov Aqil Əsfəndiyar oğluna məxsus əl yükü Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalındakı rentgen cihazından keçirilən zaman, monitorda şübhəli əşyaların təsvirlərinin əks olunması gömrükçülərin diqqətindən yayınmayıb.

Buna görə də sərnişin saxlanılaraq onun əl yükündə təkrar yoxlama aparılıb. Yoxlama zamanı əl çantasının alt hissəsinin plastik örtüyü sökülüb və oradakı boşluqda yapışqan lentlə üzlənmiş 3 ədəd şəffaf polietilen bükümlərin yerləşdirildiyi müəyyən edilib. Həmin bükümlərdəki 12 ədəd polietilen paketlərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, ümumi çəkisi 105,0 qram təşkil edən brilyant qaşlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.