USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ucarda "Ford" qoyun sürüsünü vurdu - 42 qoyun tələf oldu

08.11.2018 Hadisə
0 0
Ucar rayonu ərazisində “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxmış qoyun sürüsü vurulub.

Daxili İşlər Nazirliyindən (DİN) “Kommersant.az”a verilən məlumata görə, noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxıb, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub və nəticədə 42 baş qoyun tələf olub.

Y.İsmayılov izahatında dövlət qeydiyyat nişanlarını görmədiyi “KamAZ” markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getməsini bildirib.

BDYPİ tərəfindən araşdırma aparılır.