Azərbaycanda 4 ayda 1,8 tona yaxın qızıl hasil olunub

16 May 16:01 Birja
Azərbaycanda 2018-ci ilin yanvar-aprel ayları ərzində 1 758,2 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə çoxdur.

Kommersant.Az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, 1 aprel 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 54,0 kq təşkil edib.

Bu ilin yanvar-aprel ayları ərzində gümüş hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 249,0 kq-a çatıb.

Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox - 6,391 ton qızıl hasil olunub.

Hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

  • Əvvəlki

    I rübdə Azərbaycanda dizel yanacağı istehlakı 18% artıb

Digər xəbərlər

15 Oktyabr 17:51 Birja
73 dövlət əmlakı özəlləşdirilir
0 0
15 Oktyabr 17:26 Birja
Rubl kəskin bahalaşdı
0 0
15 Oktyabr 17:08 Birja
Dolların sabaha - MƏZƏNNƏSİ
0 0
15 Oktyabr 09:37 Birja
Lirə sürətlə ucuzlaşır
0 0
15 Oktyabr 09:09 Birja
Rubl özünə gəldi
0 0
13 Oktyabr 16:30 Birja
Rubl yerində sayır - QİYMƏT
0 0
13 Oktyabr 09:59 Birja
Bitcoin 300 dollar bahalaşdı
0 0
13 Oktyabr 09:43 Birja
Lirə kəskin ucuzlaşdı
0 0