USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar 5 lirədən də aşağı düşə bilər

11.02.2019 Bank
0 0
"Forextime"ın valyuta strateqi Jameel Ahmed, Dolların zəifləməsilə əlaqədar olaraq Türk Lirəsində (TL) bahalaşmanın davam edəcəyini deyib.

"Kommersant.az" xəbər verir ki, Jameel Ahmed, Türk Lirəsinin ötən ilin son rübündəki itkilərinin çoxunu kompensasiya etdiyini bildirərək, "Bazarlar risk iştahı üçün bu an Fed-ə və digər mərkəzi banklara baxırlar. Digər bir amil də ABŞ - Çin ticarət müharibələridir - bu da inkişaf edən bazarların performansına təsir edəcək" deyib.

Siyasi riskin Türk Lirəsinin qiymətində əks olunduğunu qeyd edən Ahmed, "Dollar daha çox zəifləyə, bu da Dollar/TL məzənnəsinin 5-dən aşağı düşməsinə səbəb ola bilər" şərhini edib.

Türkiyədə əhalinin dollar almaq məsələsində istəkli olduğunu da qeyd edən mütəxəssis deyib: "Çünki inflyasiya problemi var, inflyasiya gəlirlərə mənfi təsir edir. Dollar daha sabitdir".

Marja