USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan ABŞ-ın dövlət istiqrazları ilə bağlı vacib addım

18.02.2019 Bank
0 0
ABŞ-ın Maliyyə Nazirliyi məlumata görə,2018-ci ilin dekabrında Rusiya ABŞ dövlət istiqrazlarına investisiyaları bir qədər də artırıb.

Məlumatda deyilir ki, dekabrın sonuna sözügedən göstərici 13,216 mlrd. dollar təşkil edib ki, bu da noyabrın sonu ilə müqayisədə 402 mln. dollar çoxdur. İnvestisiyaların 5,105 mlrd. dolları uzunmüddətli, 8,111 mlrd. dolları isə qısamüddətli istiqrazlara qoyulub. Ümumilikdə, 2018-ci ildə Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları azaldıb.ABŞ qiymətli kağızlarına ən çox pul qoyan ölkə isə Çin olaraq qalır. Bu ölkə iqtisadi rəqibinə 1,1 trln. dollar "borc verib".