Qonşulardakı “dollar artımı” yerli valyuta bazarında alışa təsir edə bilməyib - RƏQƏMLƏR

1 İyun 23:00 Birja
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin may ayı ərzində 422,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bildirək ki, apreldə 802,6 mln. dollar, mart ayı ərzində isə 647 mln. dollar məbləğində vəsait satılıb.

"Kommersant.Az" bildirir ki, ötən ay ərzində demək olar ki, dolların alış və satış kursunda heç bir dinamika olmayıb və ay ərzində dollar banklar tərəfindən ortalama 1,6999 manat və 1,7020 manata satılıb.

Ötən ay ərzindəki bütün hərraclarda dollar/manat cütlüyünün rəsmi məzənnəsi 1,7 ilə sabit qalmışdı. Umumiyyətlə ötən ilin dekabrın 13-dən bu tərəfə məzənnə demək olar ki dəyişməzdir.

2018-ci ilin birinci rübü ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 1 mlrd. 733 milyon ABŞ dolları təşkil etmişdi.

  • Əvvəlki

    Bank sektoruna işçi axını davam edir – rəqəmlər açıqlandı

Digər xəbərlər

15 Avqust 09:50 Birja
Azərbaycan nefti bahalaşıb
0 0
15 Avqust 09:39 Birja
Lirə yenə ucuzlaşıb - YENİ QİYMƏT
0 0
15 Avqust 09:25 Birja
Qızıldan rekord ucuzlaşma - QİYMƏT
0 0
14 Avqust 18:45 Birja
"Birjalarda təşviş yoxdur" - NAZİR
0 1