Azərbaycanın ÜDM-dən çox valyuta ehtiyatları var

4 İyun 13:11 Birja
2017-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 41 milyard 141,1 milyon dollar və ya ÜDM-nin 100,9%-ni təşkil edib. Bu barədə Hesablama Palatasının məlumatında deyilir.

"Kommersant" xəbər verir ki, "2017-ci ilin sonuna Azərbaycanın valyuta ehtiyatları 41 milyard 141,1 milyon dollar o cümlədən Dövlət Neft Fondunun aktivləri 35 milyard 806,5 milyon dollar, Mərkəzi Bankın ehtiyatları 5 mmilyard 334,6 mmilyon dollar təşkil edib. Bütövlükdə ölkənin valyuta ehtiyatları ötən il üçün ÜDM-nin 100,9%-nə ekvivalentdir", - deyə məlumatda bildirilir.

Azərbaycanın valyuta ehtiyatları 2017-ci ilin sonuna ölkənin xarici borcundan 2,9 dəfə çoxdur.

2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki illə müqayisədə 0,1 faiz artaraq 70 milyard 135,1 milyon manata çatmışdır. 41 milyard 141,1 milyon dollar təxminən 69,9 milyard manat edir.

  • Əvvəlki

    SOCAR büdcə ödənişləri üzrə proqnozu kəsirlə icra edib

Digər xəbərlər

09:30 Birja
Qızıl bahalaşır
0 0
17 Avqust 09:25 Birja
Qızıl, gümüş, pambıq ucuzlaşdı
0 0
16 Avqust 09:19 Birja
Qızıl 4 dollara yaxın - UCUZLAŞDI
0 0
15 Avqust 09:50 Birja
Azərbaycan nefti bahalaşıb
0 0