Qızıl 5 dollar bahalaşdı

4 İyul 09:14 Birja
Dünya bazarında qızılın bu saata olan qiymətində bahalaşma qeydə alınıb

“Kommersant” xəbər verir ki, qızıl 4,90 dollar və ya 0,39% bahalaşaraq 1,258 dollar olub.

Məlumata görə, gümüşün qiyməti də 0,08 dollar və ya 0,48 bahalaşaraq 16,12 dollar olub.

Pambığın qiymətində isə ucuzlaşma qeydə alınıb. Belə ki, bu günə olan nəticələrə görə, pambıq 0,12 dollar və ya 0,14% ucuzlaşaraq 1,82 dollar olub.