Vergilər Nazirliyi bir müəssisənin 200 min manatlıq əmlakını hərraca çıxarıb

5 İyul 09:12 Birja
Vergilər Nazirliyi vergi borcuna Bakıda fəaliyyət göstərən "Ocaq" müəssisəsinin 200 min manatlıq əmlakını hərraca çıxarıb

Nazirlikdən "Kommersant" a verilən məlumata görə, vergi ödəyicisi olan "Ocaq" müəssisəsinin Bakı şəhəri, Səbail rayonu, Cənub körpüsü, ev 3-də yerləşən qapı və pəncərə istehsalı üçün müxtəlif növ avadanlıq və dəzgahlara 200 min manat qiymət qoyulub. İlkin hərracda satılmadığından avadanlıq və dəzgahların qiyməti 10% aşağı salınaraq 180 min manat müəyyənləşdirilib.

Qeyd edək ki, Hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 18 min manat beh verməlidir.

  • Əvvəlki

    Yaqub Eyyubov: Neft Şirkətinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir

Digər xəbərlər

15 Oktyabr 17:51 Birja
73 dövlət əmlakı özəlləşdirilir
0 0
15 Oktyabr 17:26 Birja
Rubl kəskin bahalaşdı
0 0
15 Oktyabr 17:08 Birja
Dolların sabaha - MƏZƏNNƏSİ
0 0