Kripto-pullar bahalaşıb - QİYMƏT

06.10.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, 6 oktyabra olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 81-i kəskin bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 46 dollar və ya 0,70% bahalaşaraq 6608 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 88 dollar və ya 1,34% bahalaşıb.