Qızıl bahalaşıb

10.10.2018 Birja
Dünya bazarında qızılın bu saata olan qiymətində bahalaşma qeydə alınıb.

“Kommersant.az” xəbər verir ki, qızıl 2,30 dollar və ya 0,19 % bahalaşaraq 1,193 dollar olub.

Məlumata görə, gümüşün qiyməti isə 0,03 dollar və ya 0,21% artaraq 14,43 dollar olub.

Pambığın qiymətində isə ucuzlaşma qeydə alınıb. Belə ki, bu günə olan nəticələrə görə, pambıq 0,23 dollar və ya 0,30% ucuzlaşaraq 1,68 dollar olub.