USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 200 dollar ucuzlaşdı

09.05.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma müşahidə olunur

Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma müşahidə olunur

"Kommersant.Az" xəbər verir ki, mayın 9-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 89-u ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 261 dollar və ya 2,7% ucuzlaşaraq 9104 dollara enib.

Son bir həftə ərzində isə bitkoin 76 dollar və ya 0,8% ucuzlaşıb.

Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 34 dollar və ya 4,4% ucuzlaşaraq 725 dollar olub.

Son həftə ərzində isə Ethereum 41 dollar və ya 6% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Pundi X-da(26,54%), ən çox ucuzlaşma isə Aion-da(11,80%) müşahidə olunub.