USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni Çin möcüzəsi: Nə üçün "Xiaomi" 100 milyard dollar ola bilər

09.05.2018 Bank
0 0
“Xiaomi” smartfonların istehsalı ilə işə başlamasına baxmayaraq hazırda özünün internet kompaniyası kimi təqdim edir. Biznesin diverfikasiyası üçün şirkətin yetərli qədər mənbələri var. Lakin investorlar buna inanacaqmı?

"Kommersant.Az" xəbər verir ki, texnologiya bazarı yeni iqtisadi möcüzəyə hazırlaşır. Belə ki, Çinin smartfon istehsalçısı Xiaomi Honkonq birjasına çıxcağı barədə anons verib. Şirkət birjadan 10 milyard dollar investisiya cəlb etmək niyyətindədir. Bununla da Xiaomi son 4 il ərzində Çin birjasında listinqə qəbul olunmuş ən nəhəng şirkət adını qazana bilər.

Bloombergin verdiyi məlumata görə, Xiaomi kapitalını 80-100 milyard dollara çatdıra bilər. Əgər şirkət 10 milyard dollar cəlb edərsə, Çinin ən nəhəng texnologiya şirkəti olacaq. Qeyd edək ki, bundan öncə Alibaba şirkəti 2014-ci ildə Nyu-York birjasında listinqə daxil olmaqla 25 milyard dollar cəlb etmişdi.

Lakin hər şey heç də yaxşı sonluqla bitməyə bilər. Reutersdəki mənbələr son qiymətin 70 milyard dollara enə biləcəyini istisna etmirlər. Həmçinin agentlikdən o da bildirilir ki, Xiaominin səhmləri bu ilin iyun ayından artıq satışa çıxarılacaq və şirkətin 15% səhmləri təklif olunacaq.

Yeni qəbul olunmuş qaydalardan sonra Xiaomi texnoloji kompaniya olaraq Honkonq birjasına çıxacaq ilk şirkət olacaq.

Xiaominin public səhm satışından sonra şirkətin səhmləri iki qrupa bölünəcək. Bu səhmlərin sahibləri isə (weighted voting rights, WVR) səs vermə hüququ qazanacaqlar. A sinfinə daxil olan səhmlər 10 səs, B sinfinə daxil olan səhmlər isə 1 səs hüququna malik olacaqlar.

Bu struktur hətta səhmlərin sərbəst satışından sonra belə şirkətin yaradıcılarına Ley Çzyunuyu və Lin Binuya strateji məsələlərə səs verilməsində üstünlük verir. Hazırda Ley Çzyuda şirkətin 31.4 % , Lin də isə 13.3% səhmləri var. Bu səhmlərin hamısı A kateqoriyasına aiddir.

Bazarın iradəsi əleyhinə artım

2014-ci ildə Çin "Apple"ləqəbini qazanmış Xiaominin ambisiyalı planları ona şanslar qazandırır. Şirkətin məhsullarının satış tempi gündən-günə artmaqdadaır. Hətta şirkətin fanat ordusu da var. Mi fans adlandırılan pərəstişkarlar eyni ilə Apple fanboys-un analoqudur.

İlin ilk rübünün statistikasına görə, Xiaomi beynəlxalq smartfon bazarının 8.4% təşkil edir. Ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 4.3% olub. Bütün bunlarla yanaşı digər smartfon şirkətlərinin istehsalında ötən illə müqayisədə 2.9% azalma olduğu halda Xiaomi də bunun əksinə 88% artım olub.