Qızıl ucuzlaşdı

8 Noyabr 09:47 Birja
Dünya bazarında qızılın bu saata olan qiymətində ucuzlaşma qeydə alınıb.

“Kommersant.az” xəbər verir ki, qızıl 3,80 dollar və ya 0,31% ucuzlaşaraq 1,224 dollar olub.

Məlumata görə, gümüşün qiyməti də 0,04 dollar və ya 0,30% azalaraq 14,53 dollar olub.

Pambığın qiymətində isə bahalaşma qeydə alınıb. Belə ki, bu günə olan nəticələrə görə, pambığın qiyməti 0,10 dollar və ya 0,13% artaraq 1,73 dollar olub.