Bu ölkədə olan ABŞ istiqrazları rekord səviyyədə dəyər itirib

18.12.2018 Maliyyə
Çinin əlində olan ABŞ xəzinə istiqrazlarının məbləği, valyuta ehtiyatının azalması və yuanın simvolik əhəmiyyətə düşməsi ilə zəifləməsi ilə 6 ayın ən aşağı səviyyəsində geriləyib.

"Kommersant.az" xəbər verir ki, ABŞ-ın xəzinə nazirliyinin bazar ertəsi yayımladığı nəticələrə görə Çində olan ABŞ istiqrazlarının ardı-arda 5 ay ərzində azalaraq sentyabr ayındakı 1.5 trlyon dollar ilə 2017-ci ilin may ayından bəri ən aşağı səviyyədə geriləyib.

Çin hələ də ABŞ-ın ən böyük xarici kreditordur.

Bu siyahıda ikinci yerdə olan Yaponiyanın əlində 1.02 trilyon dollar məbləğində ABŞ istiqrazları var. Qeyd edək ki, yaponiyanın da əlindəki ABŞ istiqrazları sözügedən dövrdə 9,5 milyard dollar-a qədər azalıb. Çinin ticari geriləməsi ilə bağlı narahatlıqlar səhmlərə və valyuta məzənnələrinə təzyiq göstərir. Yuan son 10 ildə ən zəif səviyyəyə düşüb.