Fransa İnternetin nəhənglərindən vergi alacaq

18.12.2018 Maliyyə
Fransanın iqtisadiyyat naziri Bruno Le Maire keçirdiyi mətbuat konfransında, Google, Apple, Facebook, Amazon kimi şirkətlərin Fransadakı gəlirlərinə 1 Yanvar 2019-cu il tarixindən vergi qoyulacağını deyib.

"Kommersant.az" xəbər verir ki, Le Maire bu miqdarın 500 milyon avroya çatdığını bildirib.

Le Maire, internet nəhənglərinin Avropa Birliyi üzvü olan ölkələrdə əldə etdikləri gəlirlərə də vergi qoyulması üçün işlər aparıldığını söyləyib.

Fransa Prezidenti Emmanuel Macron, keçən il sentyabrda verdiyi açıqlamada, beynəlxalq internet şirkətlərinin, AB üzvü olan ölkələrdə əldə etdikləri gəlirlərinə vergi qoyulması lazım olduğunu bildirərək, "Oyunun qaydalarına uyğun gəlməyən internet nəhənglərinə dair daha təsirli tədbirlər istəyirik",- demişdi.

Google, Apple, Facebook və Amazon kimi şirkətlər, gəlirlərini əldə etdikləri ölkədə deyil, daha aşağı vergi ödədikləri ölkədə bəyan etdikləri üçün tənqid edilir.

marja