IMF FED-in “artımı dayandırma”qərarını təsdiqlədi

11.02.2019 Maliyyə
Beynəlxalq Valyuta Fondunun (IMF) yeni baş iqtisadçısı Gita Gopinath FED-in “artımı dayandırma” qərarının dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-a müsbət təsir göstərəcəyini vurğulayıb.

Gita Gopinath-in sözlərinə görə, FED-in faiz artımlarını dayandırması iqtisadiyyata olduqca böyük müsbət təsir göstərəcək: “FED-in bu yanaşmasını dəstəkləyirik”.

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) yanvar ayında gözlənildiyi kimi uçot faiz dərəcəsini sabit saxlamış və yeni faiz artımı üçün “səbirli” olacaqları ilə bağlı siqnal vermişdi.

Qeyd edək ki, FED-in iki günlük Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında uçot faiz dərəcəsi 2.25-2.5% arasında saxlanılmışdı.