Çin $20 milyardın aqibətini müzakirə edir: Prezidentlə yox, müxalifətlə

13.02.2019 Maliyyə
Çin siyasi böhranın yarandığı Venesuelanın bu ölkəyə borclu olduğu 20 milyard dolların aqibətini müzakirə edir.

Maraqlıdır ki, müzakirələr hakimiyyətdən getməyəcəyini bəyan edən prezident Nikolas Maduro ilə deyil, müxalifətlə aparılır. Bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr bildirir ki, danışıqları çinli diplomatlar özünü prezident elan edən parlament spikeri Xuan Quaido ilə aparıb. Danışıqlar Vaşinqtonda, bir neçə həftə əvvəl başlayıb.

Ekspertlərin fikrincə, Çin artıq Venesuelada hakimiyyət dəyişikliyini qaçılmaz hesab etdiyinə görə müzakirələri məhz müxalifətlə aparıb. Başqa bir məqsəd də indidən Venesuelanın gələcək hakimiyyəti ilə yaxşı əlaqələri qoruyub saxlamaqdır. Venesuelanın Çinə borcu 20 milyard dollar təşkil edir.