ABŞ-ın ticarət naziri Çinə rəsmi səfər edib

02.06.2018 Maliyyə
ABŞ-ın ticarət naziri Uilbor Ros Çinlə ticarət münasibətlərinə dair danışıqlar aparmaq üçün bu ölkəyə rəsmi səfər edib.

"Kommersant.Az" xarici mətbuata istinadən xəbər verir ki, U.Ros danışıqlar zamanı Çinin ABŞ məhsullarını daha çox alması ilə bağlı götürdüyü öhdəliyi də müzakirə edəcək.

Bu yolla rəsmi Pekin ölkələrarası ticarətdə yaranmış disbalansı aradan qaldırmaq istəyir.

Ekspertlər hesab edir ki, Çin tərəfi rəsmi Vaşinqtona bir sıra məsələlərdə güzəştə getməyə hazır olsa da, texnoloji məsələlərdə rəqabət aparmaq niyyətindədir.