USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nyu-Yorkda 15 milyon dollarlıq kinostudiya 1 dollara satılıb

03.06.2018 İqtisadiyyat
0 0
Nyu-Yorkun Sirakyus şəhərində tikintisi 15 milyon dollara başa gələn kinostudiya binası rəmzi olaraq 1 dollara satılıb.

"Kommersant.Az" "Report"a istinadən xəbər verir ki, bu barədə şənbə günü "The New York Times" qəzeti yazıb.

Bildirilir ki, kinostudiya ştat qubernatoru Endryu Kuomonun sevimli layihəsi olub. O, kinostudiyanın Hollivud kimi gələcəyinin olacağına ümid etsə də, orada bir dənə də olsun əhəmiyyətli film çəkilməyib.

Obyektin tikintisi ilə "COR Development" firması məşğul olub. Ona qubernatorun yaxın dostları Stiven Ayello, Cozef Cerardi və Aleyn Kaloeros rəhbərlik edib. Bir neçə ay əvvəl məhkəmə Ayellonu korrupsiya işində müqəssir bilib. Kaloerosun işi üzrə iclas iyunun 11-də keçirilməlidir. Bundan əlavə, bildirilir ki, film istehsalı ilə məşğul olmalı olan kino şirkəti saxta çıxıb. Ona qarşı çoxsaylı məhkəmə iddiası qaldırılıb.

Sonda "Fort Schuyler Management" şirkətinin rəhbərliyi kinostudiyanın hüquqlarını rəmzi məbləğə "Greater Syracuse Soundstage" firmasına verib.

  • Əvvəlki

    Bu gün magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0