Türkiyədə qiymətlər gözlənildiyindən daha çox artıb

04.06.2018 Maliyyə
Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına görə, ölkədə inflyasiya ötən ilin may ayı ilə müqayisədə 12,15 faiz yüksəlib. Aprel ayı ilə müqayisədə isə inflyasiya Mayda 1,62 faiz artıb.

"Kommersant" xəbər verir ki, aylıq inflyasiyanın 1.45%, illik inflyasiyanın 11.95% olması gözlənilirdi. Apreldə 12.24% olan baza inflyasiya Mayda 12.64%-ə yüksəlib.

İstehsalçı qiymətləri indeksi aylıq 3.79, illik 20.16% artıb. illik artım 2003-cü ilin Avqust ayından bəri ən yüksək səviyyə kimi qeydə alınıb. (marja)

  • Əvvəlki

    Ləğv edilən bankların əmlakları satışa çıxarıldı - AVTOMOBİLLƏR

Digər xəbərlər