USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin, "ABŞ və Qərb ölkələrinə qarşı sanksiya" qanununu təsdiq edib

04.06.2018 İqtisadiyyat
0 0
Rusiya Prezidenti Vladimir Putin, ABŞ və digər ölkələrin Rusiyaya qarşı mümkün sanksiyalarına cavab vermək imkan verən qanun layihəsini imzalayıb.

"Kommersant" xəbər verir ki, Putin tərəfindən imzalanan qanun layihəsinə görə, hökumət, ABŞ və digər ölkələrin Rusiyaya qarşı sanksiya qərarlarına qarşı tədbirlər görəcək.

Qanunla bəzi sahələrdə beynəlxalq biznes birlikləri məhdudlaşdırıla və ya dayandırıla bilər. Həmçinin, sanksiya tətbiq edilən ölkələrin şirkətlərinə Rusiyadan mal və xam maddə idxal və ya ixracına, özəlləşdirmə və dövlət satınalma prosedurlarında iştirakına qadağa qoyula bilər.

ABŞ Xəzinə Nazirliyi, 6 Apreldə verdiyi qərarla, 7 Rus oliqarxı, bu adamların idarə etdiyi 12 şirkəti, 17 yüksək səviyyəli Rusiya hökumət rəsmisini, Rusiya dövlətinə aid bir silah ticarət şirkətini və ona bağlı bir bankı sanksiyalar siyahısına daxil etmişdi. (marja)

  • Əvvəlki

    Alışov növbəti dəfə iclas keçirib - Faktorinqin tətbiqi yolları təhlil edilir

Digər xəbərlər