SƏDR: Büdcə paketində gömrük rüsumlarına baxılır

5 İyun 12:14 Maliyyə
2019-cu ilin büdcə paketində rüsumlara baxılır.

"Kommersant" bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

S. Mehdiyevin sözlərinə görə, xammal materiallarının gömrük rüsumlarından azad olunması ilə bağlı sorğular göndərilir.

“Bu sahədə gələn sorğuları dəyərləndirib müvafiq qurumlara və Nazirlər Kabinetinə göndəririk. Hazırda tariflərin aşağı salınması və ya yuxarı qaldırılması ilə bağlı hər hansı ciddi paket yoxdur. Amma iş adamları tərəfindən gözləntilər varsa, onu da hökumət dəyərləndirib optimal qərarlar verir”, - deyə S. Mehdiyev əlavə edib.

APA

  • Əvvəlki

    Ən sərfəli manat depoziti qəbul edən banklar hansılardır? - SİYAHI

Digər xəbərlər

7 Noyabr 12:29 Maliyyə
Bu şəxslərin əmək haqları artırılacaq
0 0
7 Noyabr 11:14 Maliyyə
Manata təzyiqlər niyə artır?
0 0