"ECB-nin 2020-dən əvvəl faiz artırmasını gözləmək çətindir"

5 İyun 16:36 Maliyyə
İdarəçilik xidmətləri şirkəti "Franklin Templeton"dan David Zahn iddia edir ki, son zəif iqtisadi göstəricilər və İtaliyadakı xaos ilə əlaqədar olaraq Avropa Mərkəzi Bankı (ECB) monetar təşviq proqramını uzadacaqdır, eyni zamanda, ECB-nin 2020-ci ildən əvvəl faizləri artırması mümkün deyil.

"Kommersant" bildirir ki, Zahn investorlara göndərdiyi məlumatda, ECB-inin istiqraz alışı proqramını ən azı bu ilin sonuna və böyük ehtimalla 2019-a uzatmasını gözlədiyini qeyd edib.

Zahn, "ECB-nin 2020-dən əvvəl faiz artırmasını gözləmək çətindir" - deyib.

  • Əvvəlki

    Azərbaycan və Gürcüstan gömrük sahəsində ilkə imza ata bilərlər

Digər xəbərlər