Nəhəng Amerika markasının adı tarixdən silindi

5 İyun 20:03 Maliyyə
Almaniyanın kimya və dərman sənayesi nəhəngi "Bayer" 2016-cı ildə ABŞ-ın GMO toxum və əkin dərmanlarının istehsalı ilə məşhurlaşan "Monsanto" şirkətini 66 milyon dollara satın aldıqdan sonra daha bir həmlə etdi.

"Kommersant" xarici mətbuata istinadən bildirir ki, "Bayer" öz sahəsində nəhəng bir şirkət olan "Monsanto" markasını tarixdən silib. "Bayer" şirkətinin səlahiyyətli nümayəndəsi Verner Bauman bildirib: "Monsanto" şirkətinin adı artıq olmayacaq Artıq bu markanın məhsullarının satışına da "Bayer" adı ilə davam edəcəyik."

Qeyd edək ki, Avropa Şurası "Bayer" şirkətinin "Monsanto"nun səhmlərinin satın almasının bu sektorda olan sağlam rəqabətə göstərəcəyi təsirini daha detallı olaraq araşdırmağa qərar vermişdi. Ancaq bu ilin mart ayında AŞ iki şirkətin birləşməsinə razılıq verdi. Bu birləşmə nəticəsində isə toxum və dərman istehsalının 100-də 25-i Bayer şirkətinin ixtiyarına keçdi. Beləliklə də, "Bayer" mövcud bazarda toxum və dərman satışının 100-də 30-na sahib olmaqla hakim mövqe tutdu.

"Bayer" keçən il 51 milyard dollarlıq satış həyata keçirib. Bunun 30 milyardı toxum və dərman satışından əldə edilib. Qeyd edək ki, "Monsardo"nun keçə n ildə satışdan əldə etdiyi gəlir cəmi 15 milyard dollar olub.

  • Əvvəlki

    "AFB Bank" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər