USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qatar Airways"in direktorundan skandal açıqlama!

06.06.2018 İqtisadiyyat
0 0
Qətər Hava Yollarının ("Qatar Airways") İdarə Heyətinin sədri və İcraçı direktoru Akbar El Baker, hava yolu şirkətlərini yalnız kişilərin idarə edə biləcəyini deyib.

"Kommersant" xəbər verir ki, eyni zamanda, Beynəlxalq Hava Nəqliyyatı Birliyinin (İATA) də rəhbəri olan Akbar El Baker, "Təbii ki, kişilər idarə etməlidir, çünki çox çətin bir vəzifədir" - deyib.

Akbar El Baker bu açıqlamaları, IATA-nın hava yolu şirkətlərində gender bərabərliyinin geniş müzakirə olunduğu illik konqresində edib.

Həmçinin Akbar El Baker, Qətər Hava Yollarının Yaxın Şərqdə qadın pilotlar işlədən ilk hava yolu şirkəti olduğunu və şirkətdə qadınların yüksək vəzifələrə təyin olunduğunu vurğulayıb.

El Baker, "Yəni əslində qadınları təşviq edirik. Yüksək səviyyəli idarəetmə vəzifələrində böyük potensialları olduğunu görürük" deyib.

  • Əvvəlki

    "AXA MBask" nizamnamə kapitalını artırıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0