USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya və Hindistan şirkətləri birləşir - 2-Cİ BÖYÜK ŞİRKƏT OLACAQ

02.07.2018 İqtisadiyyat
0 0
Almaniyanın sənaye nəhənglərindən "ThyssenKrupp", polad biznesini Hindistan şirkəti "Tata" ilə birləşdirmək qərarı verib və razılığa gəlinib.

"Kommersant" xəbər verir ki, birləşmə ilə Avropanın ən böyük 2-ci polad istehsalçı "doğulacaq".

Bazarda balansı pozan ucuz Çin poladı ilə daha yaxşı rəqabət etməyi də qarşısına məqsəd qoyan birləşmədən yaranacaq yeni şirkətin adı "ThyssenKrupp Tata Steel" olaacq. Şirkətin baş ofisi də Hollandiyaya köçəcək.

50/50 faiz şərikliklə yaradılan şirkət 2006-ci ildə "Arcelor" və "Mittal" birləşməsindən bu yana Avropa polad sənayesində ən böyük həmlə kimi görünür. Avropa Birliyi və digər təşkilatların razılığından sonra "ThyssenKrupp" və "Tata" birləşməsi baş vermiş olacaq.

Yeni şirkətin ildə 21 milyon ton hasilatla 15 milyard avro həcmində dövriyyə nəzərdə tutularkən, birləşmə sayəsində ildə 500 milyon avro arasında bir qənaət planlaşdırılır.

Şirkətin 34 ölkədə ümumilikdə 48 min işçisilə fəaliyyət göstərməsi, ancaq 4 min adamın işindən olması gözlənilir. Bu ixtisarın iki şirkət arasında bərabər aparılacaq.

Eskalatorlardan sualtı gəmilərə qədər bir çox sahəyə məhsul tədarük edən "Thyssenkrupp"un əməkdaşları birləşmə planlarını bir müddətdir etiraz edirdi.

  • Əvvəlki

    İrandan OPEK-ə çağırış

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0