USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın istehsal sənayesində fəallıq azalıb

02.07.2018 İqtisadiyyat
0 0
“IHS Markit” agentliyi iyun ayı üçün Rusiyada fəallıq səviyyəsinin miqdarını açıqlayıb.

"Kommersant" xəbər verir ki, Rusiyanın sənayedə iş fəallığı may ayında 49,8 bal olaraq qiymətləndirildiyi halda, iyun ayında 49,5 bala düşüb. Zəifləmənin səbəbi isə sifarişlərin və məhsul artımının azalmasıdır. Bu, bilavasitə tələbin azalmasından qaynaqlanır. Onu da vurğulamaq lazımdır ki, alış qiymətlərində infilyasiya dəyişməyib və seriyalar tendensiyasını hiss olunacaq qədər aşıb.

Qeyd edək ki, iş fəaliyyətinin 50 baldan aşağı olması zəifləmə kimi qiymətləndirilir.