Dövlət Neft Fondu Azərbaycan bankından depozitini geri götürüb

27 Avqust 13:30 Maliyyə
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) depozitlərə investisiyaları məlum olub.

Kommersant.az” Fondun illik hesabatına istinadən xəbər verir ki, ötən ilin sonundak Fond banklarda 2 milyard 134 milyon manat depozit yerləşdirib. 2016-cı ilin sonunda bu rəqəm 3 milyard 758 milyon manat idi.

Depozitlərdəki azalmanının səbəbi Fondun Azərbaycan Beynəlxalq Bankındakı 1 milyard 773 milyon 750 min manat vəsaitini geri götürməsidir.

Neft Fondunun depozitləri "T.C. Ziraat Bankası A.S.", "Akbank T.A.S, İstanbul", "Türkiye Iş Bankasi A.S. İstanbul" və "Türkiye Garanti Bankası AS"dədir. Fond ötən il bu Türkiyə banklardında depozitlərini artırıb.