"Kommersant.az" xəbər verir ki, Türkiyənin Mərkəzi Bankı yatırımların artırılmasına dair siqnallar versə də, ekspertlər bu addımın lirənin kursunun stabilləşdirilməsinə hər hansı təsirinin ola biləcəyinə şübhə edirlər.
Belə ki, mütəxəssislər ümumi iqtisadi vəziyyətə nəzər salaraq lirəni xilas etmək üçün yalnız yatırımları artırmağın kifayət etməyəcəyini bildiriblər və vəziyyətdən yeganə çıxış yolu kimi tənzimləyici rol oynayan tərəflərin addım atmasını göstəriblər.