1 trilyonluq növbəti şirkət

05.09.2018 Maliyyə
“Amazon”, nəhayət istəyinə nail oldu.

“Kommersant.az” xəbər verir ki, “Amazon” şirkətinin bazar dəyəri 1 trilyon dollara çatıb. Bununla da şirkət tarixdə bunu “Apple”dan sonra bacaran ikinci şirkət olub.

Şirkətin dünyanın ən məşhur milyarderlərindən hesab olunan rəhbəri Jeff Bezosun sərvəti isə bu gün 2,6 milyard dollar artımla 167,3 milyard dollara çatıb.

Qeyd edək ki, 1994-cü ildə kitab satışı məqsədi ilə qurulan “Amazon”, bu gün dünyanın ən böyük korporativ satış şirkətidir. Şirkətin bir rübdə əldə etdiyi gəliri tam olaraq 2,5 milyard dollardır.