Komfortu elektrik mühərriklə birləşəcək - MERCEDES-İ DEYİRLƏR

05.09.2018 Maliyyə
Yeni “Mercedes-Benz EQC” modeli təqdim olundu.

“Kommersant.az” xəbər verir ki, yeni “Mercedes-Benz EQC” ilə “Mercedes” komfortu elektrik mühərriklə birləşəcək. Motor gücü 300 kW (408 BG) olan EQC-nin sahəsi 450 kilometrdir və avtomobil 40 dəqiqədə sürətli və rahat enerji depolaya bilir.

Belə ki, şirkət bu gün Stokholmda start verilən “Progressive Luxury” adlı dönəmin yeni modelinin təqdimatını edib. “Mercedes-Benz EQC” daxili yanma mühərriki ilə təmin olunub və komfortun, keyfiyyətin, təhlükəsizliyin simvolu hesab olunur.

Bununla yeni dönəm başladan “Mercedes” yanacağa qənaət, ekoloji təmizliyi təmin edərək avtomobildə ən son yenilikləri tətbiq etmiş və 2019-cu ilin ortalarında maşınları satışa təqdim edəcək.

Qeyd edək ki, sözügedən avtomobillərin ilk seriyasında avtopilot rejimi yoxdur.