“Tesla”nın səhmləri düşür - PROQNOZ

05.09.2018 Maliyyə
“Goldman Sachs” proqnoz yayıb.

“Kommersant.az” xəbər verir ki, “Goldman Sachs” “Tesla” ilə bağlı proqnoz verib. Proqnoza əsasən məşhur elektrik mühərrikli avtomobil istehsalçısı olan “Tesla”nın səhmləri yaxın vaxtda 30%-ə qədər düşəcək.

Şirkət mütəxəssisləri buna səbəb kimi yaxın vaxtlarda “Audi”, “BMW”, “Jaguar”, “Porsche” kimi məşhur şirkətlərin elektrik mühərrikli avtomobillərini istehsal etməsini və bununla da “Tesla”nın bazardakı liderliyini itirməsini göstərib.