Dünyada 45 milyard dollar hansı səbəbdən yox olub?

07.09.2018 Maliyyə
Qlobal istiləşmə ilə bağlı olaraq dünya miqyasında təbii fəlakətlər artır. Hesabata görə, 2018-ci ilin ilk altı ayında təbii fəlakətlərin sayı keçən 18 il ilə müqayisədə yüksək olub. Dünya miqyasında iqtisadi fəlakətlərə səbəb olan təbii fəlakətlər isə 45 milyard dollar təşkil edir.

"Kommersant.az" xarici mətbuata istinadla bildirir ki, təbii fəlakətlər dünyada minlərlə adamın ölümünə səbəb olması ilə yanaşı, ölkə iqtisadiyyatlarında də müəyyən miqdarda zərər vurur. "Aon"un 'Qlobal Fəlakət Hesabatında bildirilir: "2018-ci ilin İlk yarı ilində təbii fəlakətlər dünya səviyyəsində 45 milyard dollar iqtisadi itkiyə səbəb oldu. İlin ilk altı ayında sığorta ödənişlərinin 21 milyard dollara çatacağı təxmin edilir".

Hesabata görə, 2018-ci ildə ilk altı ayında 156 ədəd təbii fəlakət meydana gələrkən, bu rəqəm son 18 ilin ortalama təbii fəlakət sayını (142 ədəd) geridə buraxdı. Təbii fəlakətlərin iqtisadi təsirləri ətraflı araşdırıldığında da 10 milyard dollardan çox iqtisadi zərərə səbəb olduğu məlum olub. Cari ilin 6 ayı boyunca yaşanan 15 təbii fəlakətdən 6-sı Amerika Birləşmiş Ştatlarında, 4-ü Avropa, Orta Şərq və Afrika ölkələrində, 1-i isə Şimali, Orta və Cənub Amerika qitəsi ölkələrində reallaşıb.