1 mesajla müflis oldu

01.10.2018 Maliyyə
Hindistanın "Infibeam Avenues Ltd" şirkəti "WhatsApp"dan gələn bir mesaja görə müflis olub.

"Kommersant.az" xəbər verir ki, buna səbəb kimi elektron ticarətlə məşğul olan "Infibeam Avenues Ltd"nin şirkətlərə və şəxslərə faizsiz kredit çatdırılması ilə bağlı göstərdiyi xidmət haqqında məlumatın yayılması olub.

Məlumatda deyilir ki, "Infibeam Avenues Ltd" öz işçilərinə və şirkətlə əlaqəli şəxslərə 18 milyon 600 min dollar məbləğində faizsiz kredit verib. Bu isə investorlar arasında səs-küyə səbəb olub.

Məlumatın "WhatsApp messengeri" vasitəsilə Hindistan birjalarında yayılmasından dərhal sonra "Infibeam Avenues Ltd"nin səhmləri 70,8%-ə düşüb. 1 gün içində şirkətin səhmləri 142 dollara qədər ucuzlaşıb və 1 səhmin qiyməti 58,45 dollar dəyərini qazanıb. Mesaj, sonradan qiymətli kağızlar treyderləri və investorlara da göndərilməyə başlanılıb.

Qeyd edək ki, orijinal mesajın bir neçə ay əvvəl göndərildiyi bildirilir. Mesajın birjadakı treyderlərdən birinə səhmdarlar arasında məhz bu gün baş tutacaq görüş ərəfəsində göndərilməsi isə sual yaradır.

  • Əvvəlki

    Sahibkarların maraqlarının müdafiəsi məsələsi müzakirə olunacaq - PARLAMENT

Digər xəbərlər