"Kommersant.az" xəbər verir ki, "Google" bitcoinə tətbiq etdiyi qadağanı ləğv edib. Belə ki, ABŞ-ın nəhəng texnologiya şirkəti "Google", kriptovalyuta bazarını yaxından maraqlandıran və təxminən 1 ildir davam edən bitcoin qadağasını aradan qaldırıb.
Mütəxəssislər bu qərarın bitcoinin kursunda ani yüksəliş yarada biləcəyini söyləyir.