"Kommersant.az" xəbər verir ki, "Tesla"nın son zamanlar səhmlərinin aşağı düşməsi, eləcə də Elon Musk haqqında yayılan müxtəlif xəbərlər dünyanın ən varlı adamlarından olan şirkət rəhbərinin bir gündə 1,6 milyard dollar itirməsinə səbəb olub.
Qeyd edək ki, eyni gün "Facebook" rəhbəri Mark Zukerberq də 1,7 milyard dollar itirib. "Facebook"un itkilərinin səbəbi isə son dönəmlər şirkətin istifadəçi təhlükəsizliyi ilə bağlı yaşadığı problemlər olub. Bu da o deməkdir ki, iş adamlarının itkisi toplamda 3 milyardı ötüb.