Müdafiə Nazirliyindən kütləvi oğurluq edilib - RUSİYADA

09.10.2018 Maliyyə
Rusiyanın Müdafiə Nazirliyindən oğurlanmış pullar üzrə "Böyük miqyaslı fırıldaqçılıq" maddəsi ilə cinayət işi açılıb.

"Kommersant.az" xəbər verir ki, oğurlanmış 188 milyon rubl (2 820 000 dollar) Müdafiə Nazirliyinin 31-ci İnstitutunun tikintisi üçün ayrılmışdı. 2012-2013-cü illərdə İnstitut həmin məbləği "Radiostroy"MMC-yə yönləndirsə də, şirkət öz öhdəliklərini yerinə yetirməyərək, pulu geri qaytarmayıb.

Qeyd edək ki, "Böyük miqyaslı fırıldaqçılıq" maddəsi 10 illik həbsi nəzərdə tutur.