Milyarderlərin yaşadığı ölkələr

10.10.2018 Maliyyə
"Dünya milyarderləri hesabatı" yayımlanıb.

"Kommersant.az" xəbər verir ki, beynəlxalq agentlik olan "Wealth X" 2018 - ci ilə dair "dünya milyarderləri hesabatı"nı yayımlayıb. Hesabatda milyarderlərin yaşadığı şəhər və ölkələrin adları olan siyahı da yer alıb. Siyahıya nəzər saldıqda milyarderlərin bərabərsizliyin aşağı, inkişafın isə yüksək səviyyədə olduğu ölkələri seçmələri diqqət çəkib. Siyahını sizə təqdim edirik:

1) ABŞ - 680 nəfər, ümumi sərvət 3, 167 milyard dollar;
2) Çin - 338 nəfər, ümumi sərvət 1080 milyard dollar;
3) Almaniya - 152 nəfər, ümumi sərvət 466 milyard dollar;
4) Hindistan - 104 nəfər, ümumi sərvət 299 milyard dollar;
5) İsveçrə - 99 nəfər, ümumi sərvət 265 milyard dollar;
6) Rusiya - 96 nəfər, ümumi sərvət 351 milyard dollar;
7) Honq-Konq - 93 nəfər, ümumi sərvət 315 milyard dollar;
8) İngiltərə - 90 nəfər, ümumi sərvət 251 milyard dollar;
9) Səudiyyə Ərəbistanı - 62 nəfər, ümumi sərvət 169 milyard dollar;
10) Birləşmiş Ərəb Əmirlikləri - 62 nəfər, ümumi sərvət 168 milyard dollar;

Qeyd edək ki, milyarderlər yaşamaq üçün adları qeyd olunan ölkələrin paytaxtlarını seçiblər.

  • Əvvəlki

    Türkiyəyə mesaj göndərildi

Digər xəbərlər