Banklara haker hücumları artıb

10.10.2018 Maliyyə
Rusiya 2017-ci ilin ortalarından 2018-ci ilin birinci yarısına qədər hakem hücumlarından dolayı 4 milyard dollardan çox pul itirib.

"Kommersant.az" xəbər verir ki, "Group-Ib"nin ekspertlərinin fikrincə, növbəti hücum ölkəyə 2 milyard dollarlıq ziyan vura bilər. Eyni zamanda ölkənin maliyyə sisteminin çökməsinə gətirib çıxara bilər. Xüsusi təhlükəli haker qruplarına isə rusdilli birliklər olan "MoneyTaker", "Silence", "Cobalt" və "Lazarus" daxildir.

Qeyd edək ki, "Cobalt" və "Lazarus" beynəlxalq banklararası köçürmə sistemi olan "SWIFT"dən istifadə etməklə banklara mütəmadi hücumlar təşkil edirlər. Ümumilikdə isə hər ay Rusiya banklarının ən azından 1-2-nə kiberhücumlar olur.

  • Əvvəlki

    Yeni "PlayStation" gəlir

Digər xəbərlər