Büdcəyə 2,6 milyard manat köçürüb

10.10.2018 Maliyyə
2018-ci ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 329 milyon 410 min manat təşkil edib.

"Kommersant.az" Komitəyə istinadən xəbər verir ki, daxilolma avqust ayı ilə müqayisədə cüzi azdır. Avqustda büdcə daxilolmaları 329 milyon 805 min manat təşkil etmişdi.

2018-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə təxminən 2 milyard 600 milyon manat köçürüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 31,2% artaraq 661 milyon 486 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 30,9% artaraq 1 milyard 779 milyon 719 min manat, aksizlər üzrə daxilolmalar 2,1 dəfə artaraq 131 milyon 754 min manat, yol vergisi üzrə daxilolmalar isə 5,3% artaraq 27 milyon 416 min manat olub.

Büdcə daxilolmaları avqust 2018, min manatla

Gömrük rüsumu üzrə

85936.10

ƏDV üzrə

220235.60

Aksizlər üzrə

20048.40

Yol vergisi üzrə

3585.40

Cəmi

329805.50