Asiya bazarları silkələnir

11.10.2018 Maliyyə
Domino effekti.

“Kommersant.az” xəbər verir ki, Çin bazarları son zamanların ən böyük enişini yaşayır. Bunun əsas səbəbi isə ABŞ bazarında da yaşanan FES faiz dərəcələrinin artırılmasıdır.

Ekspertlər qeyd edirlər ki, investorlar ABŞ və Çin arasında artan ticarət savaşından narahatdırlar. Və cari satış investorlarının mövcud vəziyyəti də narahatlığa əsas verir. Belə ki, FES-in keçmiş siyasi xətti onlara uyğun gəlirdi. İndi baş verənlər isə hər kəsi qorxudur.

Qısacası, dünya iqtisadiyyatı haızrda FES qərarları ilə sınanır.