Fransızlar bitkoinlə maxinasiyaya görə 31 milyon avro itiriblər.
"Kommersant.az" xəbər verir ki, Fransanın Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri bildiriblər ki, bu il cinayətkar qrupların əməlindən 700-dən çox insan zərər çəkib. Fırıldaqçılar onlara pullarını kriptovalyutalara yatıracaqları halda külli miqdarda gəlir götürəcəklərini bildiriblər.
Əməllərini yerinə yetirmək üçün isə telefon və saytlardan istifadə ediblər.