Hesablama Palatası 2017-ci ildə 135 qurumda audit aparıb

10 May 15:04 Maliyyə
Hesablama Palatasının 2017-ci ilin iş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 10 analitik təhlil və 50 audit olmaqla 60, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 11 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib, hesabat ilində 1 nəzarət tədbiri növbəti ilə saxlanılıb.

"Kommersant.az"ın məlumatına görə, bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub. Sənəddə vurğulanıb ki, 2016-cı ilin iş planına daxil olan nəticələri hesabat ilində yekunlaşan 1 audit də nəzərə alınmaqla 2017-ci ildə 60 nəzarət tədbirinin nəticələri ilə bağlı qərar qəbul edilib, həyata keçirilən 6 tədbirin nəticələrinin hesabat tərtib edilən müddətdə yekunlaşdırılması səbəbindən həmin tədbirlər üzrə müəyyən edilən nöqsanlar təsnifləşdirilsə də qurumların həyata keçirəcəyi tədbirlərlə bağlı müvafiq məlumatlar növbəti ildə hesabata daxil ediləcək.

2017-ci ilin iş planı üzrə başa çatdırılan nəzarət tədbirlərinin sayı 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 20,2% az olub.

Hesablama Palatası tərəfindən hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 2, büdcə xərcləri üzrə 52, büdcədənkənar dövlət fonlarının vəsaitləri ilə bağlı 5 auditin nəticələri üzrə müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, hesabat ilində aparılmış nəzarət tədbirləri 4 Açıq Səhmdar Cəmiyyətinin, 1 Qapalı Səhmdar Cəmiyyətinin və 1 Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyəti əhatə olunub.

"Hesabat ilində Müdafiə Nazirliyinin iki istiqamət üzrə başa çatdırılan nəzarət tədbirinin və məlumatlar müvafiq qaydada Milli Məclisinə təqdim olunub. Naxçıvan Muxtar Respublikasının büdcəsi ilə bağlı keçirilən nəzarət tədbirlərinin nəticələri isə Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi tərəfindən müvafiq qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilib. Dövlət büdcəsinin gəlirləri ilə həyata keçirilən audit dövlət vergilərini rüsumlarının mövcud qanunvericiliyə uyğun hesablanılması və ödənilməsi ilə yanaşı da büdcəsinin ayrılmış, vəsaitlərin istifadəsini əhatə edən, eyni zamanda dövlət əmlakının istifadə vəziyyəti tərəfimizdən araşdırılıb.

Hesabata 2016-cı ilin iş planına uyğun Azərbaycan İqtisadi Universitetində başlanılıb, lakin həmin ildə yekunlaşdırılan auditin nəticələri də daxil edilib", - deyə məlumatda vurğulanıb.

2017-ci ildə audit ilə əhatə olunan qurumların sayı 135 təşkil edib.

  • Əvvəlki

    "Nazirlikdə kadr islahatları aparılacaq"

Digər xəbərlər

18 Sentyabr 15:49 Maliyyə
Valyuta hərracı başa çatıb - MƏZƏNNƏ
0 0
18 Sentyabr 13:51 Maliyyə
Bakıda HR forum keçirilib
0 0
13 Sentyabr 16:24 Maliyyə
Hərrac keçiriləcək - MƏBLƏĞ
0 0
13 Sentyabr 12:29 Maliyyə
Valyuta hərracı başşa çatdı - MƏZƏNNƏ
0 0
4 Sentyabr 12:47 Maliyyə
Valyuta hərracı başa çatdı - MƏZƏNNƏ
0 0