İtaliyaya 1 həftə vaxt verildi

6 Noyabr 11:27 Maliyyə
Avroqrup, İtaliya hökumətinə 1 həftə vaxt verib.

"Kommersant.az" xəbər verir ki, bu müddət ərzində İtaliya hökuməti 2019-cu ilin büdcəsinin layihəsini hazırlayaraq təqdim etməlidir. Büdcə layihəsinin Avropa İttifaqı normalarına uyğun şəkildə hazırlanması şərtdir. Bu barədə Avroqrupun sədri Mario Senteno, Avrozona ölkələri nazirlərinin keçirdiyi iclasın yekunlarına həsr olunmuş mətbuat konfransındakı çıxışı zamanı bildirib:

"Nazirlər Avrokomissiyanın qiymətləndirməsini dəstəkləyir və İtaliyanı qiymətləndirməyə uyğun şəkildə büdcə layihəsinin hazırlanması ilə bağlı əməkdaşlığa dəvət edirlər", - Senteno qeyd edib.

İqtisadi və maliyyə məsələləri üzrə avrokomisar Pier Moskovisi isə əlavə edib ki, 13 noyabradək rəsmi Roma büdcə layihəsini təqdim etməlidir.

Qeyd edək ki, 23 oktyabrda Avrokomissiya tarixdə ilk dəfə olaraq Avropa İttifaqı ölkələrindən növbəti ilin büdcə layihəsini yekunlaşdırmağı tələb edib.

Xatırladaq ki, Avrokomissiya, iyunda İtaliyaya büdcə kəsirini 0,6%-dək azaltmağı tövsiyə etmişdi.

  • Əvvəlki

    BNA sədri: Bakıdakı taksilərin sayı 3 dəfə azaldılacaq

Digər xəbərlər

13 Noyabr 12:45 Maliyyə
ABŞ yoxsa Çin?
0 0