Yunanıstan tarixində son 7 ildə ilk dəfə

8 Noyabr 18:48 Maliyyə
Yunanıstanda işsizlik səviyyəsi azalır.

“Kommersant.az” xəbər verir ki, Yunanıstanda işsizlik dərəcəsi hər ay azalır. Belə ki, Yunanıstanın Statistika Komitəsindən verilən məlumata görə, ölkədə mövsümi təsirlərin xaricində hesablanmış işsizlik dərəcəsi 18,9% aşağı düşüb.

Bu isə Yunanıstanın tarixində 2011 – ci ildən etibarən ilk dəfə müşahidə olunan haldır. Hazırda ölkədə işsizlərin sayı 896 min nəfərdir. Yaş aralığına nəzər saldıqda isə 15 – 24 yaş aralığında olan gənclər statistikanın əsas hissəsini təşkil edir.