İKT-nin İnkişafı üzrə Dövlət Fondu indiyə qədər 112 layihəni dəstəkləyib

15.05.2018 İKT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondu indiyə qədər 6 qrant müsabiqəsi üzrə 1 000-ə yaxın start-ap layihəsi qəbul edib.

"Kommersant.Az" xəbər verir ki, bunu "Microsoft" şirkətinin təşkil etdiyi "Imagine Cup" müsabiqəsinin yekunlarına həsr edilmiş tədbirdə nazir Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, artıq 5 müsabuqə üzrə 112 layihə dəstəklənib, onlara Fond tərəfindən maliyyə dəstəyi verilib.

"İndi yerli vençur fondunun yaradılması üzrə işlərin aparılması zəruridir", - deyə, nazir qeyd edib.