USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mobil məlumat təhlükəsizliyi mövzusunda dünya nəhənginin Bakı Forumu

15.05.2018 İqtisadiyyat
0 0
Azərbaycanda informasiya texnologiyaları sahəsində çoxillik təcrübəyə malik "ATL Tech" şirkətinin təşkilatçılığı və mobil təhlükələr üzrə dövlət və biznes qurumları üçün kiber təhlükəsizliyi təqdim edən dünyaca məşhur "Kaymera" şirkətinin iştirakı ilə “Mobil tətbiqlər və məlumat təhlükəsizliyi” mövzusunda forum baş tutacaqdır.

Forumda bu günümüz üçün çox aktual olan məlumat təhlükəsizliyi üzrə həllər, mobil tətbiqlərdən istifadə zamanı təhlükəsiz bağlantı və mobil tətbiqlərdən istifadə müzakirə ediləcək.

Tədbirdə, çıxışlar arası təşkil olunan sual-cavab panelində rəqəmsal texnologiyalar sahəsində yerli bazara innovativ həllər və tətbiqlər təklif edən şirkətlərin nümayəndələri və mütəxəssislərlə birgə mövzu üzrə müzakirələr təşkil ediləcək.

"Mobil tətbiqlər və məlumat təhlükəsizliyi" Forumu, May ayının 30-da, Four Season Hoteldə baş tutacaq.

  • Əvvəlki

    “Brent” neftinin qiyməti 2014-cü ildən bəri ilk dəfə 79 dolları ötüb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0